SON XƏBƏRLƏR

Borrell: "Xarici təsir" haqqında qanun Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərir

2024.05.15, 13:56
Borrell: "Xarici təsir" haqqında qanun Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərir

"Xarici təsir" haqqında qanunun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərir.

Gunaz.tv

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell və Aİ-nin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelyinin birgə bəyanatında qeyd olunub.

"Aİ gürcü xalqının, onun demokratiya və Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı seçiminin yanındadır. Vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə və jurnalistlərə, habelə onların ailə üzvlərinə qarşı hədə-qorxu, təhdid və fiziki təzyiqlər qəbuledilməzdir. Biz Gürcüstan hakimiyyətini bu faktları araşdırmağa çağırırıq".

Bəyanatda xatırladılır ki, Avropa Komissiyası 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən müvafiq 9 addımın atıldığını qeyd edərək Gürcüstana namizəd ölkə statusu verib. "Bu addımlar insan hüquqlarının qorunmasını, vətəndaş cəmiyyətinin, eləcə də medianın sərbəst fəaliyyət göstərməsini tələb edir”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar