SON XƏBƏRLƏR

İordaniya İranla əlaqədar silah qaçaqçılığının qarşısını alıb

2024.05.15, 11:59
İordaniya İranla əlaqədar silah qaçaqçılığının qarşısını alıb

İrodaniyanın sərhəd xidməti İranın İdoraniya krallığı əleyhinə təxribat törətmək məqsədi ilə ölkə müxalifətinə silah göndərilmənin qarşısını alıb. 

Gunaz.tv

Bu barədə mayın 15-i İdordaniya qurumlarından iki məlumatlı qaynaq Royterz XA-nə bildirib. 

Royterzin açıqlamasına istinadən zəbt edilmiş silahlar İranın Suriyada dəstəklədiyi yaraqlılar tərəfindən İordaniyada Əxəvan-ül-Müslimin Qrupunun bir dəstəsinə göndərilib. 

Həmin dəstə isə HƏMAS-ın hərbi qolu ilə əlaqədədir. Silah partiyası mart ayının sonlarında dəstənin üvzləri  həbs olunandan sonra aşkarlanıb. Saxlanılan dəstə üzvləti Fələstin kökənli iodaniyalı olublar. 

Təhlükəszilik məqsədi ilə adlarının açıqlanmasını istəməyən həmin qaynaqlar hansı təxribat hərəkətləri olunacağı, silahların növü barədə məlumat verməyib və bu barədə məxfi təhqiqat və əməliyyatların davam etdirildiyini bildiriblər. 

Onların demələrinə görə bir neçə aydır ki, İran və müttəfiq qrupları tərəfindən İordaniyaya sılah, o cümlədən Kleymor minası, C-4, Semeteks partlayıcıları, kalaşnikov plomiotları, 107 mm-lik Katyuşa raketlərinin ölkəyə qaçaqçılığının qarşısı alınıb. 

Bildirilib ki, bunlardan məqsəd İordaniyanın sabitliyini pozmaq olub. 

Məlumat üçün bildirək ki, İdordaniyada ABŞ-ın bir hərbi bazası yerləşir. İodraniya İsraillə, həmçinin İranın proksi qüvvələrinin yerlşdiyi Suriya və İraqla sərhəddə malikdir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar