SON XƏBƏRLƏR

Amerikanın düşmənlərinin adları açıqlandı- Siyahıda İran üçüncü yerdədir

2024.05.14, 15:49
Amerikanın düşmənlərinin adları açıqlandı- Siyahıda İran üçüncü yerdədir

Çin artıq dördüncü ildir ki, ABŞ-ın ən böyük düşmənidir və Amerika vətəndaşları Çini ölkərinin ən böyük düşməni hesab edirlər.

Gunaz.tv

Bu ABŞ-in "Gallup" araşdırma təşkilatının sorğusunun nəticələrində bildirilib.

Araşdırmanın nəticələrinə görə, amerikalıların 41%-i Çini ən böyük düşmən hesab edir və Çindən sonra Rusiya 26%-lə Amerikanın düşmənləri arasında ikinci yeri tutur.

Sorğu nəticələrinə əsasən əsasən ABŞ-in düşmənləri sırasında İran üçüncü yerdə qərarlaşıb.

Bildirilib ki, İranın ABŞ-a qarşı düşmənçilik və təhlükə səviyyəsi 2023-cü illə müqayisədə artaraq 2%-dən 9%-ə çatıb və əvvəlki ildə 3-cü yerdə olan Şimali Koreyanın yerini tutub.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar