SON XƏBƏRLƏR

ÜMUMDÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜ QEYD OLUNUR

2021.10.20, 07:36
ÜMUMDÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜ QEYD OLUNUR

Gunaz.tv
Bu gün bir qrup jurnalist, siyasət adamı və ictimai sektor təmsilçisi 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun və «Azadlıq» qəzetinin mərhum baş redaktoru Nəcəf Nəcəfovun məzarını ziyarət edib. Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı başqa bir məlumat BMT baş katibi Pan Gi Munun müraciət yaymasıdır. «Turan»ın məlumatına görə, baş katibin müraciətində son bir ildə dünyada öz vəzifəsini yerinə yetirərkən 150-dən çox professional KİV işçisinin həlak olduğu vurğulanır. «Bir çox KİV nümayəndələri yaralanıb, saxlanılıb, təqiblərə məruz qalıb və girov götürülüb. Bu yalnız silahlı münaqişələr şəraitində deyil, həm də jurnalistlərin korrupsiya hallarını araşdırdıqları və ya yoxsulluq və hakimiyyətdən sui-istifadə haqqında yazdıqları vaxt da baş verir» deyə BMT rəhbərinin məktubunda qeyd edilib. Pan Gi Mun qeyd edib ki, bu gün daha çox insan geniş auditoriyaya çıxmaq və öz fikirlərini ona çatdırmaq imkanı əldə edir: «Bununla yanaşı, çox tez-tez onlar informasiya və ideyalar axınının məhdudlaşdırılması, qadağan edilməsi və ya təcrid edilməsi cəhdləri ilə qarşılaşırlar. Başqa insanların müsibətləri barədə danışmağa çalışan jurnalistlər çox vaxt basqın obyektinə çevrilirlər». Baş katib bildirib ki, mətbuat azadlığına qəsd beynəlxalq hüquqa və insanlığa qəsddir. O, BMT-nin bu azadlığın müdafiəsində duracağına və istedadı və işə sadiqliyi bu azadlığın girovu olan insanları müdafiə edəcəyinə inandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar