Xuzistanda 2 yerli ərəb təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldürülüb

21.01.2022, 16:07

İranın Xuzistan əyalətinin Şuştər şəhərinin Quriyə məntəqəsində dəfn mərasimində iştirak edən 2 yerli ərəb təhlükəsizlik qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində öldürülüb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə əhvazlı fəallar yanvarın 20-də məlumat yayıb.

Yayılan məlumata görə, hadisə yanvarın 19-da baş verib. Bildirilir ki, yerli sakinlərdən birinin dəfn mərasimində iştirak edən Quriyə məntəqəsi sakinlərinin bir araya gəlməsi, dəfn mərasiminin rejimə qarşı etiraz aksiyasına çevrilməsinə gətirib çıxarıb.

Nəticədə dəfn mərasimi iştiralçıları ilə hökumət qüvvələri arasında qarşıdurma yaranıb və təhlükəsizlik qüvvələri odlu silahlardan istifadə edərək etirazçılara atəş açıblar.

Atəş nəticəsində iki yerli ərəb, 18 yaşlı Əmin Delfi aldığı güllə yarasından yerindəcə öldürülüb, 22 yaşlı Həmid Kəəbi isə güllə yarasından ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, bir sutka xəstəxananın reanimasiya şöbəsində saxlanılan Həmid Kəəbi çoxlu qan itirdiyinə görə yanvarın 20-də keçinib.

Qeyd edilir ki, iki gəncin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən sonra yanvarın 20-si axşam saatlarında uriyə sakinləri küçələrdə toplaşaraq rejimə qarşı etiraz aksiyası keçirərək şüarlar səsləndiriblər.

Etirazlarda həbs edilənlərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb. 

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhkəmə Abbas Lisaninin yenidən tibbi ekspertizaya getməsini istəyib

2022-05-28

gun az article

Urmulu milli fəal dindirilib

2022-05-28

gun az article

Təbriz universiteti Türkiyə ali məktəbləri ilə əməkdaşlıq edəcək

2022-05-28

gun az article

Tehranda güneyli ziyalı Həsən Raşidi hücuma məruz qalıb

2022-05-28

gun az article

Şəbistərdə tarixi Qoç daşları oğurlanıb-VİDEO

2022-05-28

gun az article

Əhərdə iki alpinist həyatını itirib

2022-05-28

gun az article

“Körpü”də müzakirə: “Abadan xalqının etirazları və fars olmayan xalqların həmrəyliyi"-VİDEO

2022-05-28

gun az article

“Körpü” proqramında müzakirə: “28 May müstəqillik bayramı”-VİDEO

2022-05-28

gun az article

"Başqa ölkələrdən dəvətlər var, amma Təbrizdə qalmaq istəyirəm"-Ərtoğrul Sağlam

2022-05-28

gun az article

Həmədan əyalətində səhralaşma sürətlə artır

2022-05-27

gun az article

Güclü daşqın Ərdəbil kəndlərinə ciddi ziyan vurub

2022-05-27

gun az article

Qəzvində tarixi əsər qaçaqmalçıları həbs edilib

2022-05-27

gun az article

"Ərk"-Azərbaycan İnsan Haqları Təşkilatı güneyli fəallarla bağlı müraciət edib

2022-05-27

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi fəlakət: Səbəblər və gələcək”-VİDEO

2022-05-27

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qaşqay türkləri”-VİDEO

2022-05-27

gun az article

Vərziğanda qədim qayaüstü rəsm əsərləri tapılıb

2022-05-26

gun az article

Təbriz və Bursa qardaşlaşmış şəhər olacaq

2022-05-26

gun az article

Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

2022-05-26

gun az article

"Traxtur" Şiraz klubunu məğlub edib

2022-05-26

gun az article

Sulduzda "May qiyamı" qurbanlarının xatirəsi anılıb

2022-05-25