SON XƏBƏRLƏR

Qəzvində ağır yol qəzası baş verib-Ölən və yaralananlar var

2022.01.22, 12:26
Qəzvində ağır yol qəzası baş verib-Ölən və yaralananlar var

Gunaz.tv

Fərhad Zakiriməneşin verdiyi məlumata görə, hadisə yanvarın 21-dən 22-ə keçən gecə Qəzvin şəhərinin 63 kilometrliyində olub.

Minik avtomobilinin aşması nəticəsində iki nəfər yerindəcə dünyasını dəyişib.

O, eyni saatlarda Qəzvin-Tehran yolunda baş verən başqa yol nəqliyyatı hadisəsində 10 yaşlı qızın öldüyünü, hər iki hadisə nəticəsində isə 7 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.

C.E

 

تصادفات جاده‌ای استان قزوین 4 درصد کاهش یافته است- اخبار قزوین - اخبار  استانها تسنیم | Tasnim

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar