SON XƏBƏRLƏR

Urmu gölü ətraqfında xərçəngdən ölənlər barədə yeni məlumat açıqlandı

2023.11.07, 16:26
Urmu gölü ətraqfında xərçəngdən ölənlər barədə yeni məlumat açıqlandı

Urmu gölündə baş verən verən ekoloji fəlakətin fəsadları barədə yeni məlumat yayılıb.

Gunaz.tv

Bu barədə İran Enerji Nazirliyinin keçmiş rəsmisi Məhəmmədəli Müstəfəvi özünün sosial media hesabında paylaşım edib.

O, bildirib ki, son illər Urmu gölünə yaxın kəndlərdə xərçəng xəstəliyinə yoluxan və bu səbəbdən ölənlərin sayı kəslin artıb.

"Son 10 il ərzində Urmu gölünü bitişik kəndlərdən birinin əhalisinin 25%-i xərçəng xəstəliyinə yoluxduqları üçün həyatlarını itiriblər",- Müstəfəvi bildirib.

Buna səbəb gölün qurumasından sonra bölgədə duz fırtınalarının baş verməsidir.

Bu, bölgə insanlarının sağlamlıqlarına ciddi zərər vurmaqla yanaşı, kənd təsərrüfatı sahəsinin iflasa uğramasına, sakinlərin məcburi şəkildə bölgədən köç etmələrinə səbəb olur.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq gölün hazırkı sahəsi təxminən 500 kvadrat kilometrə qədər kiçilib, su həcmi isə 600 milyon kubmetrdən azdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar