SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda HİV-ə yoluxan qadınların payı artıb

2026.11.28, 22:38
Şərqi Azərbaycanda HİV-ə yoluxan qadınların payı artıb

Gunaz.tv

Təbriz Tibb Elmləri Universitetinin rəsmiləri Şərqi Azərbaycan əyalətində HİV-in yayılma modelinin dəyişdiyini və yoluxanlar arasında qadınların payının artaraq əvvəlki illərdəki təxminən 8 faizdən 30 faizə çatdığını bildiriblər.

Universitetin səhiyyə üzrə müavini Əhməd Kuşa əyalətdə indiyədək təxminən 314 HİV daşıyıcısının aşkarlandığını bildirib. Onun sözlərinə görə, əsas problemlərdən biri virusa yoluxduğundan xəbərsiz olan şəxslərin müəyyən edilməsidir.

Xəstəliklərin profilaktikası şöbəsinin rəhbəri Simin Xəyyatzadə isə bildirib ki, əvvəllər HİV-in əsas yoluxma yollarından biri narkotik maddələrin ortaq iynələrlə istifadəsi olsa da, hazırda cinsi əlaqə yolu ilə ötürülmə üstünlük təşkil edir.

Səhiyyə rəsmiləri dəyişən yoluxma modelinin diaqnostik testlərin və məsləhət xidmətlərinin, xüsusilə qadınlar və ailələr üçün genişləndirilməsini zəruri etdiyini vurğulayıblar. Onlar həmçinin HİV-ə yoluxan şəxslərin damğalanmasının və mühakimə olunmasının qarşısının alınmasına çağırıblar.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar