SON XƏBƏRLƏR

Alkoqol zəhərlənməsi Güney Azərbaycanın qərbinə də yayılıb

2026.11.25, 22:26
Alkoqol zəhərlənməsi Güney Azərbaycanın qərbinə də yayılıb

Gunaz.tv

İranda alkoqol zəhərlənməsi nəticəsində 20 nəfər ölüb, 356 nəfər zəhərlənib.

İran Səhiyyə Nazirliyinin müalicə məsələləri üzrə müavini bildirib ki, qeydə alınan hadisələr üzrə noyabrın 25-i saat 09:30-a olan məlumata görə, ölkədə 356 nəfər alkoqoldan zəhərlənib, onlardan 20-si həyatını itirib.

Açıqlanan statistikaya əsasən, 187 nəfər xəstəxanaya yerləşdirilib, 142 nəfər evə buraxılıb, 80 nəfər dializ müalicəsi alıb və ya almaqdadır. Bundan başqa, 16 nəfərdə görmə bulanıqlığı yaranıb, 33 nəfər reanimasiya şöbəsində müalicə olunur.

Ən çox zəhərlənmə Nişapurda (211), Şirazda (66) və Hörmüzganda (37) qeydə alınıb. Güney Azərbaycanın qərbində yerləşən Xoy şəhərində isə 8 zəhərlənmə halı aşkarlanıb.

Zəhərlənənlərin orta yaşı təxminən 30-dur. Ən gənc zərərçəkənin 12 yaşı olduğu bildirilir. Səhiyyə Nazirliyi şübhəli hallarda xəstəxanaya müraciəti gecikdirməməyə çağırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar