SON XƏBƏRLƏR

Qaz çatışmazlığı böhranı: İranda 14 elektrik stansiyası mazut yandırmağa başlayıb

2026.11.26, 08:04
Qaz çatışmazlığı böhranı: İranda 14 elektrik stansiyası mazut yandırmağa başlayıb

Gunaz.tv

İranın elektrik sənayesi üzrə sözçüsü qaz çatışmazlığının daha da dərinləşdiyini və ölkədəki 14 iri elektrik stansiyasının məcburən mazutdan istifadə etdiyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət avadanlıqların aşınmasını, təmir və texniki xidmət xərclərini artırır.

Ehsan Zəbihzadə açıqlayıb ki, bu il qaz təchizatına tətbiq edilən məhdudiyyətlər ötən illə müqayisədə daha sərtdir və artıq bir neçə həftədir qüvvədədir. Onun sözlərinə görə, 16 elektrik stansiyasına mazut yandırmaq icazəsi verilib, onlardan 14-ü bu çirkləndirici yanacaqdan istifadə etməyə məcburdur.

Zəbihzadə elektrik enerjisinin qiymətinin də artacağını bildirərək, normadan artıq elektrik istehlak edən abonentlərin daha yüksək hesab ödəyəcəyini, müəyyən edilmiş istehlak norması daxilində qalan abonentlər üçün tariflərin də artırılacağını deyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar