SON XƏBƏRLƏR

İran iqtisadiyyatı dünyada neçənci yerdədir?- Yeni hesabat

2026.11.27, 09:46
İran iqtisadiyyatı dünyada neçənci yerdədir?- Yeni hesabat

İran 100 baldan 41.8 balla dünyanın 176 iqtisadiyyatı arasında 169-cu yerdədir. 

Gunaz.tv

Bu barədə ABŞ-nın "Heritage" Fondunun 2026-cı il üçün illik hesabatında qeyd olunub.

İran həmçinin Yaxın Şərq və Şimali Afrika regionunda araşdırılan 14 iqtisadiyyat arasında sonuncu yerdədir və hələ də təzyiq altında olan iqtisadiyyat kimi təsnif olunmaqdadır.

"Heritage"in məlumatları göstərir ki, İranın iqtisadi azadlıq balı 2019-cu ildə 51.1-ə çatıb, lakin bu ilki hesabatda bu göstərici 9.3 bal azalaraq 41.8-ə düşüb. İran investisiya azadlığı və maliyyə azadlığı kimi iki indeksdə 100 baldan yalnız beşini toplayıb. Bununla yanaşı İranın mülkiyyət hüquqları balının 20.2, biznes azadlığı balının isə 37.4 olduğu bildirilib.

Hesabata görə, keçmiş Sovet İttifaqının dağılmasından sonra geniş yayılmış struktur və iqtisadi problemlərlə üzləşən Azərbaycan, Ermənistan və Gürcüstan kimi ölkələr indi müvafiq olaraq 64.3, 67.1 və 69.6 bal toplayıblar. Hətta böhran və sanksiyalardan təsirlənən Livan və Rusiya kimi iqtisadiyyatlar da bu indeksdə İrandan daha yaxşı vəziyyətdədir.

"Heritage" Fondu geniş yayılmış hökumət müdaxiləsini, korrupsiyanı, qanun aliliyinin zəifliyini, özəl sektora məhdudiyyətləri və pul qeyri-sabitliyini İranın zəif iqtisadi azadlığına təsir edən amillər kimi müəyyən edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar