SON XƏBƏRLƏR

Təbrizdə Azərbaycan türkcəsində musiqili tamaşa nümayiş etdiriləcək

2026.11.28, 18:27
Təbrizdə Azərbaycan türkcəsində musiqili tamaşa nümayiş etdiriləcək

Təbrizdə Azərbaycan türkcəsində “Şirinlər” musiqili tamaşasının afişası təqdim olunub, biletlərin satışına başlanılıb.

Gunaz.tv

“Şirinlər” musiqili tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə tamaşanın biletlərinin satışına başlanılıb.

Smurfların dünyasına sərbəst yanaşma əsasında hazırlanan tamaşanın müəllifi Murtuza Vəlizadə, quruluşçu rejissorları isə Məhsa Məhəmmədi Fərşid və Murtuza Vəlizadədir. Tamaşa dekabrın 3-dən etibarən Təbrizdəki Naci kinoteatrının Səyami zalında nümayiş etdiriləcək.

Tamaşanın afişası teatr sahəsində tanınmış rəssam və qrafik dizayner Şahin Ələvi tərəfindən hazırlanıb.

Azərbaycan türkcəsində  hazırlanan musiqili tamaşa musiqi ilə teatr sənətini bir araya gətirən fərqli səhnə işi kimi təqdim olunur. Bir il yarım davam edən məşq və hazırlıq prosesindən sonra tamaşaçılara təqdim ediləcək əsərin məhdud sayda nümayiş günləri üçün biletlər Ebilit.com saytı vasitəsilə satışa çıxarılıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar