SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 1000-dən çox villanın qazı kəsildi

2026.11.26, 13:06
Qərbi Azərbaycanda 1000-dən çox villanın qazı kəsildi

Qərbi Azərbaycan əyalətinin bir neçə bölgəsində istifadədə israfçılığa yol verildiyinə görə 1011 villanın qazı kəsilib.

Gunaz.tv

Bu haqda əyalətin Qaz Şirkətinin müdiri Cəmişd Dorostkar açıqlama verib.

O, bununla yanaşı 3500 dövlət və ictimai obyektlərdə də davamlı monitorinq aparıldığını və istehlakda israfçılığa yol verildiyi təqdirdə qazın verilişinin dayandırılacağını bildirib.

Qeyd edək ki, son ay ərzində İranda qaz çatşmazlığı səbəbindən ölkənin müxtəlif bölgələrində 9700 yüksək istehlaklı villaya qazın verilişi dayandırılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar