SON XƏBƏRLƏR

Ərdəbildə məhbus fəallara dəstək verilib

2023.11.17, 12:05
Ərdəbildə məhbus fəallara dəstək verilib

Güney Azərbaycanda həbs edilən milli fəallara dəstək aksiyalarının davamında Ərdəbil şəhərində də oxşar aksiya keçirilib.

Gunaz.tv

Ərdəbilli milli hərəkat fəalları şəhərin mərkəzi küçələrində banner və posterlər yayaraq məhbusların azad edilməsini tələb ediblər.

Milli-mədəni fəalların fotoları olan plakatların üzərində "Azərbaycan milli fəallarına zadlıq!", "Qurtuluş yolumuz, Azadlıq, Ədalət, Milli hökumət!", "Azərbaycanın Milli Hərəkati Ərdəbil" və başqa şüarlar yazılıb.

Qeyd edək ki, 9 sentyabrdan başlayaraq Güney Azərbaycanın bir neçə şəhərində, xüsusilə Təbrizdə çox sayda milli fəal həbs edilib.

Onlar Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölmələrinin təcridxanalarına köçürülüblər.

Saxlanılan fəalların ittihamları,, həbs səbəbləri barədə məlumat verilmir. Onların ailələri ilə telefon əlaqəsi saxlamalarına da icazə yoxdur. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar