SON XƏBƏRLƏR

Ərdəbildə Qacarlar dövrünə aid memarlıq nümunəsi dağılır

2023.11.18, 11:29
Ərdəbildə Qacarlar dövrünə aid memarlıq nümunəsi dağılır

Ərdəbil şəhərinin "Üç tükan" məhəlləsində yerləşən və Qacarlar dövrünün ilk illərinin memarlıq nümunələrindən olan tarixi "Xadimbaşı evi" dağılmaq üzrədir.

Gunaz.tv

Tarixi bina Şeyx Səfiyyədin Ərdəbili məqbərəsinin xidmətçisinə məxsus olduğu üçün "Xadim başı" adlanıb.

Bina 16 oktyabr 2004-cü ildə İranın Tarixi Abidələrin Qeydiyyat İdarəsinin mütəxəssislərinin razılığı ilə ölkənin milli abidələri siyahısında qeydə alınıb.

Buna baxmayaraq, təmiri, bərpası və qorunması üçün vəsait ayrılmadığına görə tarixi ev dağılmaq üzrədir.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ərdəbil əyalətində onlarla tarixi abidə bu vəziyyətə düşüb. 

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar