SON XƏBƏRLƏR

Ərdəbildə məhbus fəallara dəstək verilib

2023.11.20, 15:15
Ərdəbildə məhbus fəallara dəstək verilib

Güney Azərbaycanda həbs edilən milli fəallara dəstək aksiyalarının davamında Ərdəbil şəhərində daha bir dəstək aksiyası keçirilib.

Gunaz.tv

Milli fəallar həbsdə olan mədəni fəalların posterlərini paylayıb, şəhərin divarlarına yapışdırıblar.

Posterlərin üzərində "Azərbaycan milli fəallarına zadlıq!", "Qurtuluş yolumuz, Azadlıq, Ədalət, Milli hökumət!", "Azərbaycanın Milli Hərəkati Ərdəbil" və "Heç bir işgəncə və heç bir həbsxana divarı Azərbaycan övladlarının səsini kəsməyə qadir deyil!" şüarları yazılıb.

Qeyd edək ki, 9 sentyabrdan başlayaraq Güney Azərbaycanın bir neçə şəhərində, xüsusilə Təbrizdə çox sayda milli fəal həbs edilib.

Onlar Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölmələrinin təcridxanalarına köçürülüblər.

Saxlanılan fəalların ittihamları, həbs səbəbləri barədə məlumat verilmir. Onların ailələri ilə telefon əlaqəsi saxlamalarına da icazə yoxdur. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar