SON XƏBƏRLƏR

Hind okeanında İsrailin yük gəmisinə PUA hücumu edilib

2023.11.25, 13:30
Hind okeanında İsrailin yük gəmisinə PUA hücumu edilib

Qəzzada İsraillə-HƏMAS arasında müvəqqəti atəşkəsin elanı ilə eyni vaxtda Hind okeanında israilli milyarderə məxsus yük gəmisi vurulub.

Gunaz.tv

Bu barədə  "Associated Press" xəbər agentliyi Amerika Müdafiə Nazirliyinin rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, gəminin İran pilotsuz uçan aparatı ilə vurulduğu ehtimal edilir və gəmidə yanğın baş verib.

İranın rəsmi dövlət mediası yük gəmisinə hücum xəbərini sevinclə qarşılayıb.

Bundan əvvəl Yəmən husilərinin İsrail hədəflərinə, o cümlədən gəmilərinə qarşı hücumlar edəcəkləri barədə xəbərdarlıqlarını xatırladıblar. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar