SON XƏBƏRLƏR

Dünya Bankı İranda yoxsulluqla bağlı statistikanı açıqladı

2023.11.27, 15:33
Dünya Bankı İranda yoxsulluqla bağlı statistikanı açıqladı

Dünya Bankının yaydığı məlumata görə, hazırda İranda 10 milyon nəfər mütləq yoxsulluqdan əziyyət çəkir.

Gunaz.tv

Bu barədə DB-nın saytında bildirilib.

Bununla yanaşı, sosial bərabərsizliklərin gücləndiyi, həmçinin İran vətəndaşlarının 40%-nin yoxsulluq riski altında olduğu qeyd edilib.

Qeyd edək ki, bir müddət əvvəl İranın rəhbəri Əli Xameneyinin iqtisadi məsələlər üzrə müşaviri Əli Ağaməhəmmədi ölkədə 20 milyon aztəminatlı insanın olduğunu deyib.

İranın Peşə və Sosial İşlər Nazirliyi 2023-cü ilin yanvar ayının əvvəlində İran cəmiyyətinin yoxsulluq səviyyəsi barədə yaydığı hesabatda vətəndaşların üçdə birinin, təxminən 27 milyon nəfərin yoxsul olduğunu bildirmişdi.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar