SON XƏBƏRLƏR

Hər üç iranlıdan biri yoxsulluq həddinin altında yaşayır

2023.11.29, 12:19
Hər üç iranlıdan biri yoxsulluq həddinin altında yaşayır

“Statistika göstərir ki, biz yoxsulluğun azaldılması sahəsində o qədər də böyük nailiyyətlər əldə etməmişik və ölkə o həddə çatıb ki, 2023-cü ildə ildə əhalinin təxminən 30%-i yoxsulluq həddinin altındadır. Bu da 26 milyona yaxın insanın mütləq yoxsul olması deməkdir".

Gunaz.tv

Bunu iranlı iqtisadi tədqiqatçı Zəhra Kaviani deyib.

İranda hər 3 nəfərdən birinin mütləq yoxsulluqdan əziyyət çəkdiyini deyən iqtisadçı, milyonlarla insanın həyat üçün lazım olan ilkin ehtiyacları təmin edə bilmədiklərini, bu təbəqənin illik ət istehlakının 2 kq civarında olduğunu bildirib.

Bir müddət əvvəl İranın rəhbəri Əli Xameneyinin iqtisadi məsələlər üzrə müşaviri Əli Ağaməhəmmədi ölkədə 20 milyon aztəminatlı insanın olduğunu deyib.

İranın Peşə və Sosial İşlər Nazirliyi 2023-cü ilin yanvar ayının əvvəlində İran cəmiyyətinin yoxsulluq səviyyəsi barədə yaydığı hesabatda vətəndaşların üçdə birinin, təxminən 27 milyon nəfərin yoxsul olduğunu bildirmişdi.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar