SON XƏBƏRLƏR

İranda təqaüdçülərin kütləvi etiraz aksiyaları gözlənilir

2023.11.30, 11:23
İranda təqaüdçülərin kütləvi etiraz aksiyaları gözlənilir

İranda təqaüdçülərin son 3 ildir hər həftə davam edən etiraz aksiyalarının kütləviləşəcəyi gözlənilir.

Gunaz.tv

Bu onların təqaüdlərinin artırılmayacağı ilə bağlı açıqlama ilə əlaqəlidir.

İranın iş və sosial rifah naziri Seyyid Solət Mürtəzəvi bundan əvvəl hökumətin təqaüdlərin artırılacağı ilə bağlı məlumatı təkzib edib.

"Əgər parlament təqaüdçülərin maaşlarının artırılmasını təsdiq edibsə, mənbələrini dəqiqləşdirməlidir, əks halda, problemlərlə üzləşəcəyik",- nazir bildirib.

O, Təqaüd Fondu hesabına təqaüdçülərin maaşlarının artırılmasının mümkün olmadığını, bu barədə verilən vədlərin əsassız olduğunu qeyd edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar