SON XƏBƏRLƏR

Metallurgiya zavodunun işçiləri tətilə başlayıb

2023.12.02, 13:44
Metallurgiya zavodunun işçiləri tətilə başlayıb

İsfahan şəhəri Metallurgiya Zavodunun minlərlə işçisi tətilə başlayaraq etiraz toplaşması keçiriblər.

Gunaz.tv

Zavodun müxtəlif sektorlarının işçiləri tələblərinə baxılmadığına görə bu gün dekabrın 2-si tətilə başlayıblar. Bu barədə İran Fəhlləri Müstəqil Həmkarlar İttifaqı bildirib. 

Məlumata istinadən onların zavodun sahəsində nümayiş keçirəndən sonra zavodun müdiriyyəti yerləşən Tövhid Binasının qarşısında toplaşıblar.

Paylaşılmış videolara əsasən onlar “batonlu çevik alay artıq təsirsizdir” şüari səsələndiriblər. 

Zavodun işçiləri məişətlərinin acınacaqlı və əmək haqlarının çox az olduğuna etiraz edərək maaşlarının artırılması və sair tələrblər irəli sürüblər. 

İttifaqın bildirməsinə istinadən “cəmiyyətin müdiriyytinin və mühafizəsinin cəhdlərinə baxmayaraq” səhər, gecə və axşam növbətində işləyənlər tətilə başlayıblar. 

Xatırladaq ki, İsfahan şəhəri Metallurgiya Zavodu Qapalı Səhmdar Cəmiyyətinin işçiləri ötən həftə aclıq aksiyası elan edərək Cəmiyyətin qidalarını qəbul etməkdən imtina etmişdirlər. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar