SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda meşə yanğını olub

2023.12.07, 15:43
Qərbi Azərbaycanda meşə yanğını olub

Güney Azərbaycanın Sərtdəşt meşələrində güclü yanğın nəticəsində hektarlarla meşə zolağı məhv olub.

Gunaz.tv

Bu barədə Sərdəşt Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin başçısı Rəhmət İbrahimi açıqlama verib.

O, yanğının səbəblərinin dəqiqləşdirilməsi üçün araşdırmalar aparıldığını deyib.

Yerli ətraf mühit fəalları yanğının söndürülməsi üçün yetərli texniki avadanlıq və yanğınsöndürən cəlb edilmədiyini, ətraf kəndlərin əhalisinin səyi nəticəsində yanğının yayılmasının qarşısının alındığını yazıblar.

 Qeyd edək ki, Sərdəşt bölgəsi 90 min hektar meşə və 30 min hektar otlaq sahəyə malikdir və buna görə, Qərbi Azərbaycan əyalətində  birinci yeri tutur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar