SON XƏBƏRLƏR

İranın yüksək vəzifəli hərbçisi ABŞ-ni və digər ölkələri hədələdi

2023.12.14, 14:54
İranın yüksək vəzifəli hərbçisi ABŞ-ni və digər ölkələri hədələdi

“Qırmızı Dəniz bizim bölgəmizdir. Orada istədiyiniz kimi davrana bilməzsiz”. Bunu İranın yüksək vəzifəli hərbçisi deyib.

Gunaz.tv

İranın müdafiə naziri ABŞ-ın Qırmızı Dənizdə təxminən 40 ölkədən ibarət beynəlxalq dəniz qüvvəsi oluşdurmaq cəhdinə reaksiya göstərib.

“Bu bölgədə hamı var. Lakin bölgə bizim bölgəmizdir. Oralar bizim əhatəmizdədir. Əhatəmizdə olan bölgədə kimsə isdtədiyi kimi davrana bilməz”-deyə Məhəmmədrza Aştiani ABŞ-yə xəbərdarlıq edib.

“ Əminəm ki, onlar bu hərəkəti etməzlər. Belə bir ağılsızlıq etmək istəsələr çox böyük problemlərə tuş gələcəklər”-deyə Aştiani Qırmızı Dənizdə təhlükəsizliyi qorumağa quşulmaları güman olunan ölkələri hədələyib. 

Xatırladaq ki, dekabrın 12-si Amerikanın Müdafiə Nazirliyiyinin rəsimisi İranın dəstəklədiyi Husilərə qarşı ticarət gəmilərinin Qırmızı Dənizdə hərəkət təhlükəsizliyini təmin etmək üçün Vaşinqtonun azı 12 ölkə ilə məsləhətləşdiyini açıqlayıb.

ABŞ rəsmisinin bildirməsinə əsasən Bəhreyində yerləşən 39 ölkədən ibarət çoxmillətli 153- Çevik Qüvvələrinin inkişaf etdirilməsi üçün həmin 12 ölkənin onlara qoşulması nəzrədə tutulub.
شبه‌نظامیان حوثی بر روی عرشه کشتی تجاری «گلکسی لیدر»

Tehranın proksi qüvvələri sırasında olan Husilər qırmızı dənizdə ticarət gəmilərinə raket və PUA həmlələri edir. Həmçinin təxminən 1 ay öncə Qalaksı Lider ticarət gəmisinə həmlə edərək gəmini və sivil heyətini hələ də girov saxlayır. 

ABŞ Mərkəzi Komandanlığı bu barədə deyib: "Husilərin bölgədə həmlələrinin fitilini İran alışdırır." 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar