SON XƏBƏRLƏR

Kiprdə israilli tacirlərə qəsdin qarşısı alınıb

2023.12.20, 15:08
Kiprdə israilli tacirlərə qəsdin qarşısı alınıb

Kipr rəsmisinin bildirməsinə istinadən, Mossadla birgə əməliyyat nəticəsində çoxu israilli olmaqla, tacirlərin öldürülməsinin qarşısı alınıb.

Gunaz.tv

Bu barədə Asoşeyted Press xəbər agentliyi məlumat yayıb. Adının açıqlanmadığı dövlət rəsmisi ölkədə 2 iranlı qaçqının saxlanılması ilə israillilərə qarşı qəsdin üstü açıldığını bildirib.

Dövlət rəsmisi həmçinin bildirib ki, ölkənin təhlükəsizlik xidməti həmin iranlı kişiləri bir-neçə həftə izləyiblər. Məhz qətildən öncə saxlanılıblar. 

Onların öldürmək istədikləri şəxslərin çoxu israilli tacirlər olub. Hazırda iranlı qaçqınların deportasiya prosesi keçirilir. Noyabrın 3-dən polisdə saxlanılan iranlılar SEPAH-a bağlı bir şəxslə əlaqə saxlayıblar.  

Həmin şəxs BMT-nin nəzarətində olan bölgədən Kipr Respublikasına gedib gəlirmiş.   

Agentlik SEPAH-a bağlı şəxsin kimliyi və məkanı barədə məlumat verilmədiyini bildirib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar