SON XƏBƏRLƏR

Devid Kemeron: Qəzzada humanitar böhran yaşanır

2023.12.21, 14:43
Devid Kemeron: Qəzzada humanitar böhran yaşanır

Qəzzada humanitar böhran yaşanır.

Gunaz.tv

Bunu Misirdə səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron misirli həmkarı Sameh Şükri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz Qəzzada humanitar böhranın şahidi oluruq. Onlar müxtəlif təhlükələrlə üzləşməkdədir.

Böyük Britaniya indiyədək Qəzzaya 75 milyon funt-sterlinq yardım edib və biz daha çox yardım edəcəyik, onların ehtiyaclarını qiymətləndirəcəyik.

Böyük Britaniya regionda sabitlik üçün uzun müddətli perspektivdə iki dövlətli həll yolunu dəstəkləyir. İndiki qısa müddət çərçivəsində isə Qəzzaya daha çox yardımın çatdırılması vacibdir", - Kemeron vurğulayıb.

O deyib ki, ölkəsi bu məsələdə konstruktiv rol oynayır: “Biz Qəzzaya İordaniyadan, Rəfah keçid məntəqəsindən və dəniz vasitəsilə daha çox yardımın daxil olmasını istəyirik".

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar