SON XƏBƏRLƏR

Ölkədə yoxsulluq azalmır

2023.12.28, 14:51
Ölkədə yoxsulluq azalmır

İran cəmiyyətinin 20 faizi özlərini yoxsulluq bataqlığından qurtara bilmir.

Gunaz.tv

İranın “İqtisad Dünyası” qəzeti bildirib ki, araşdırmalara əsasən özlərini yoxsulluqdan qurtara bilməyənlərin 2014-cü ildə statistik sayı ölkə cəmiyyətinin 10 faizini təşkil edirdi. Lakin bu rəqəm 2021-ci ildə 20 faizə yüksəlib. 

İnflyasiya ilə müqayisədə bu ailələrin işlə təminatı və gəlirinin az olduğu səbəbindən vəziyyətləri yaxşılaşmır.  

Ona görə də yoxsulluq bataqlığından çıxa bilmirlər. Həmçinin bir necə ildir ki, çox və orta gəlirli ailələrin statistik sayı azalıb. 

Mütəxəsislərin fikrincə, belə bir vəziyyətdə  yoxsulların artması və dövlət himayə fondlarında problemlərin olması  maliyyə zəyifliyini kəskinləşdirəcək.

Nəticədə, yoxsullaşan ailələrin sayı artacaq. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar