SON XƏBƏRLƏR

Milli fəallar məhkəməyə çağırılıb

2023.12.31, 11:00
Milli fəallar məhkəməyə çağırılıb

Urmu şəhərində yaşayan milli fəallar Əta Kərimi və Əli Əzizi İnqilab Məhkəməsinə çağırılıblar.

Gunaz.tv

Onlara məhkəmənin elektron sistemi ilə göndərilən çağırış məktubunda 17 fevral 2024-cü ildə İnqilab Məhkəməsinin 3-cü bölməsində olmaları istənilib.

Urmulu fəallar "İslam Respublikasına qarşı təbliğat"da günahlandırılıblar.

Qeyd edək ki, Əta Kərimi və Əli Əzizi 2015-ci il 5 iyun Ümumdünya Ətraf Mühit günündə Urmu gölünün qurudulması ilə bağlı keçirilən etiraz aksiyasında saxlanılıblar.

SEPAH-ın təhlükəsizlik məmurlarının saxladığı fəallara qarşı cinayət işi açılıb və onlar bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Hər iki fəal dinc mədəni fəaliyyətlərinə görə təqib və təzyiqlərə məruz qalıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar