SON XƏBƏRLƏR

"Xalq ölüm-dirimlə üzləşib. Sosial üsyan gözlənilir."- fəlsəfə müəllimi

2024.01.02, 12:33
"Xalq ölüm-dirimlə üzləşib. Sosial üsyan gözlənilir."- fəlsəfə müəllimi

İranlı fəlsəfə müəllimi həmçinin bildirib ki, rəsmilər ABŞ-la mübarizədən danışırlar, lakin ailələri Amerikada yaşayır.

Gunaz.tv

“Yoxsul təbəqə necə diri qala bilmək məsələsi ilə üzləşib. Ona görə, bu təbəqədə sosial üsyan gözlənilir. 
Orta təbəqə də iqtisadi baxımdan zəyifləyir. Belə ki, alış gücləri və masalarında qida çeşidi azalır. 

Həmçinin imkanları məhdudlaşır və istirahət arzuları boş xəyala çevrilir.”- deyə Bijən Əbdülkərimi qeyd edib.

Fəlsəfə müəllimi Bijən Əbdülkərimi İranda müxalifət qəzeti ilə müsahibəsində həçminin dövlət rəsmilərinin iki üzlülükləri barədə danışıb.

“Dövlətin tərkibində, Məclisdə və ölkənin siyasi sistemində olanların çoxu xalqı düşünmür. 

Onlar Amerika ilə mübarizə barədə yekə-yekə danışırlar, lakin ailələri Amerikada yaşayır. 

Həmçinin iki üzlülülklə dəyərlərdən danışır, lakin ancaq öz maraqlarını düşünürlər.” fəlsəfə müəllimi müsahibəsinin davamında bildirib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar