SON XƏBƏRLƏR

İranda azərbaycanlı tələbə sərhəddə həbs edilib

2024.01.08, 11:00
İranda azərbaycanlı tələbə sərhəddə həbs edilib

İranda dini təhsil alan Davud Səfər oğlu Səfərov Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən saxlanılıb.

Gunaz.tv

D.Səfərov bu ölkədə üzləşdiyi haqsızlıqlardan, qeyri-insani davranışlardan bezərək vətəninə qayıtmaq istəyib, lakin nəzarət buraxılış məntəqəsindən keçidinə icazə verilməyib.

Azərbaycanlı tələbə İranda qalmağa məcbur edilir, həmçinin “Hüseyniyyun” təşkilatına qoşulması üçün ona təzyiq göstərilir.

2021-ci ildə İranın Qum şəhərində “İmam Xomeyni” mədrəsəsində dini təhsil alan D.Səfərov təhsilini yarımçıq saxlayaraq, Azərbaycana qayıtmaq istəyərkən sənədlərinin düzgün olmadığı bəhanəsi ilə saxlanılıb.

Yaxınlarının bildirdiyinə görə, tədris prosesində siyasi mövzular, antiazərbaycan mövqeyi təbliğ olunduğu, eyni zamanda, tələbələrin sosial vəziyyəti pis olduğu üçün tələbə İranı tərk edərək ölkəyə qayıtmaq istəyib.

Hətta İranın hüquq-mühafizə orqanlarının Davuda qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” a qoşulması üçün təzyiq göstərilib. Buna görə onun xarici pasportu əlindən alınıb və azadlığı məhdudlaşdırılıb.

Məlumata əsasən, son zamanlarda İranda dini təhsil alan azərbaycanlıların vətənə qayıtmasına maneələr yaradılır. Onların hədə-qorxu ilə İranda qalmağa, orada sosial şəbəkələr və KİV-lər vasitəsi ilə Azərbaycan əleyhinə radikal dini fəaliyyət göstərməyə məcbur edildikləri bildirilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar