SON XƏBƏRLƏR

Cəbrayılda silah-sursat aşkar edilib

2024.01.09, 09:57
Cəbrayılda silah-sursat aşkar edilib

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Gunaz.tv

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan, patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan 3 ov silahını da polis əməkdaşlarına təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar