SON XƏBƏRLƏR

Devid Kemeron: Husilərə hücum İrana xəbərdarlıq idi

2024.01.15, 13:23
Devid Kemeron: Husilərə hücum İrana xəbərdarlıq idi

Fikrimcə, bizim hücumumuz mütənasib, qanuni və tamamilə düzgün idi və bu husilərə, həmçinin İrana çox açıq xəbərdarlıq mesajı idi.

Gunaz.tv

Bunu Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

O, Yəmən husilərinin mövqelərinə daha çox hava zərbələri endirilməsi ehtimalını istisna etməyib.

“Gəmilərimizi qorumaq üçün nə lazımdırsa edəcəyik”,- xarici işlər naziri bildirib.

Qeyd edək ki, yanvarın 12-də ABŞ və tərəfdaşları Yəmənin Səna, Hüdeydə, Saada və Dhamar şəhərləri ətrafında husilərin logistika mərkəzləri, hava hücumundan müdafiə sistemləri və silah anbarlarına zərbələr endiriblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar