SON XƏBƏRLƏR

Təbrizdə Urmu gölü və Araz çayı ilə bağlı posterlər yayıldı

2024.01.16, 15:05
Təbrizdə Urmu gölü və Araz çayı ilə bağlı posterlər yayıldı

Təbrizli mədəni və ətraf mühit fəalları çox sayda posterlər yayaraq Urmiya gölünün bərpasına nail olmaq və Araz çayının çirkləndirilməsinin qarşısını almaq üçün birliyə çağırıblar.

Gunaz.tv

Bu barədə yerli sosial media kanallarında paylaşım edilib.

Posterlərdə "Oturub yalnız seyr edirik, qorxasan sonunda Azərbaycan coğrafiyada deyil, yalnız tarix kitablarında qala" və "Urmu, Araz üçün birlik" ifadələri yazılıb.

Fəallar bu məzmunlu posterlərin yayılmasında məqsədlərinin Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətə diqqət çəkmək olduğunu deyiblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar