SON XƏBƏRLƏR

10 ay ərzində İranda 16 həkim köməkçisi intihar edib

2024.01.18, 13:26
10 ay ərzində İranda 16 həkim köməkçisi intihar edib

“Rezidentura müddətini keçirən həkim köməkçilərinin intihar sayı ötən ilin mart ayından hazıradək 16 nəfər olub, onlardan 3 nəfəri təkcə ötən həftə intihar edib”.

Gunaz.tv

Bu barədə İranın Səhiyyə Sisteminin Təhsil və Tədqiqat İşləri üzrə müavini DR. Babək Şikarçı bildirib.

“Bu gənclərə maliyyə təmini olunmur. Bü səbəbdən təcrübə keçirdikləri müddətdə ixtisalarını buraxmaq istəyəndə dövlət tərəfindən onlara ağır ödənişlər nəzərə alındığına görə bunu da edə bilmirlər. 

Həmçninin onlara bu barədə kimsənin zamin durma şərti də vəziyyəti daha ağırlaşdırıb. Bu səbəblər onlarda yolun sonuna çatdığı düşüncəsinə gətirib çıxarmaqla nəhayət intihar edirlər”-deyə DR. Şikarçı vurğulayıb.

Həmçinin virtual məkanda İranın tibb sahəsi üzrə mövcud səhifələrdə bildirilmiş digər məlumatlara əsasən ötən oktyabr ayından hal-hazıradək intihar şübhəsi ilə 14 vaxtından əvvəl ölüm olub. 

Ölənlərin rezidentura müddətini keçirən gənc həkimlər olduğu bildirilib.

Tibbi Ekspertiza İdarəsi isə bu həkimlərin vaxtından əvvəl ölmələrinin dəqiq səbəbini açıqlamqdan çəkinir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar