SON XƏBƏRLƏR

Kreml Başqırdıstanda baş verən kütləvi iğtişaşlara münasibət bildirib

2024.01.19, 14:58
Kreml Başqırdıstanda baş verən kütləvi iğtişaşlara münasibət bildirib

Başqırdıstanda kütləvi iğtişaşlar və etirazlar yoxdur, hüquq-mühafizə və yerli hakimiyyət orqanlarına aid olan ayrı təzahürlər var.

Gunaz.tv

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Kremlin sözçüsü Başqırdıstanda baş verənlərlə bağlı “kütləvi etirazlar” ifadəsinin işlədilməsi ilə razılaşmadığını söyləyib:

"Mən "kütləvi iğtişaşlar" və "kütləvi etirazlar" ifadələri ilə razılaşmaram. Başqırdıstanda kütləvi iğtişaşlar və kütləvi etirazlar yoxdur. Ayrı təzahürlər var ki, onlar daha çox yerli hakimiyyət orqanlarının və hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, etnik zəmində nifrəti qızışdırdığına görə 4 il həbs cəzası almış ictimai fəal Fail Alçinov barəsində hökmün elan olunduğu Baymaksk Rayon Məhkəməsinin qarşısında iğtişaşlar baş verib.

İstintaqın məlumatına görə Alçinov İşmurzino kəndindəki vətəndaşların toplantısında Qafqaz və Orta Asiya xalqlarının nümayəndələrini təhqir edib. Rusiya İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili və iştirakına və dövlət məmuruna qarşı zorakılıq tətbiq edilməsinə görə cinayət işi açıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar