SON XƏBƏRLƏR

Şərqi Azərbaycana yeni vali təyin edildi

2024.01.22, 12:29
Şərqi Azərbaycana yeni vali təyin edildi

Yanvarın 21-də Malik Rəhməti Şərqi Azərbaycan əyalətinin yeni valisi təyin edilib.

Gunaz.tv

O, İranın daxili işlər naziri Əhməd Vəhidinin təklifi və Nazirlər Kabinetinin təsdiqi ilə bu vəzifəyə təyin olunub.

1982-ci il təvəllüdlü yeni vali Marağa şəhərindəndir. Bundan əvvəl bir neçə dövlət qurumunda, o cümlədən Daxili İşlər Nazirliyində fəaliyyət göstərib.

O, bu günə kimi Şərqi Azərbaycan əyalətinə təyin olunan ən gənc validir.

Qeyd edək ki, keçmiş vali Zeynalabdin Rzavi Xürrəm uzun sürən xəstəlikdən sonra yanvarın 20-də həyatını itirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar