SON XƏBƏRLƏR

Brenda Şaffer İranın himayə etdiyi qrupa görə "Amerikanın səsi"ni tənqid etdi

2024.01.22, 14:40
Brenda Şaffer İranın himayə etdiyi qrupa görə "Amerikanın səsi"ni tənqid etdi

Amerikalı politoloq Brenda Şaffer “Amerikanın Səsi” televiziya və radiosunu tənqid edib.

Gunaz.tv

“Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer bu barədə özünün “X” sosial şəbəkəsində yazıb.

Şaffer, "Amerikanın səsi"nin qətl və kütləvi iğtişaşlar törətməkdə təqsirli bilinən, “Müsəlman Birliyi” adlı qeyri-qanuni hərəkatının rəhbəri Taleh Bağırzadənin həyat yoldaşı haqqında süjetinə qarşı çıxıb.

“ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən “Amerikanın səsi” televiziya və radiostansiyası Azərbaycanda terror aktları törətmiş, İranın himayə etdiyi hərəkatı dəstəkləyir”, - professor qeyd edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar