SON XƏBƏRLƏR

Hüquq müdafiəçiləri İran Bəhailərinə görə bəyanat yaydı

2024.01.23, 14:44
Hüquq müdafiəçiləri İran Bəhailərinə görə bəyanat yaydı

150 insan haqları təşkilatı, tanınmış ictimai və siyasi fəal İranda islam dininin Bəhai təriqətinə mənsub şəxslərə qarşı təzyiq və həbslərlə bağlı bəyanat yayıb.

Gunaz.tv

Bəyanatda bəhailərə qarşı yeni həbs dalğasının başladılması və onların ibtidai insan haqlarının pozulması pislənilib.

"Son 150 ildə İranda bəhailərə qarşı bütün sahələrdə tətbiq edilən sistematik təzyiqlər islam inqilabından sonra daha da şiddətlənib, onlar qarşı qeyri-insani davranışlar daha da artıb." - deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitusiyası bəhai dinini rəsmən tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən İslamın bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər. Qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar