SON XƏBƏRLƏR

“Dolların bahalaşması arxasında büdcə kəsrinin kompensasiyası dayanır”

2024.01.24, 13:55
“Dolların bahalaşması arxasında büdcə kəsrinin kompensasiyası dayanır”

İranlı iqtisadçı  valyuta, xüsusilə də dollar bazarında problemlərin davam etməsi səbəbinin İran iqtidarlarında ənəvəvi xarakter almış yaramaz siyasətlə bağlı olduğunu deyir. 

Gunaz.tv

“Onlar respublikanın büdcə kəsrini kompensasiya və özlərinin maliyyə yaramazlıqlarını ört-basdır etmək məqsədi ilə ən rahat yol kimi valyuta qiymətinin qəsdən artırılmasını icra edirlər”- deyə iqtisadçı Hüseyn Zağfər vurğulayıb.

“Bir sıra vəzifəlilər mart ayında Məclis Seçkilərindən sonra dolların qiymətinin kəskin bahalaşacağını indidən deyirlər. 

Belə şəxslərin motivləri arxasında fərdi və qruplaşma maraqlarının təmini dayanır.  Belə ki, dolların bahalaşması ilə aşıb-daşan mənfəət əldə edəcəklər. 

Onlardan bir sırası güc strukturlarında yerləşir və dolayısı ilə bahalaşmadan xeyir götürənlər hesab olunurlar”- Zağfər əlavə edib.

“Onlar həmçinin, respublikanın milli maraqlarını göz ardına vurub milli valyutanın dəyərdən düşməsinə laqeyd yanaşıblar”-deyə Əlzəhra Univeristetinin müəllimi Zağfər qeyd edib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar