SON XƏBƏRLƏR

“İranın hakerləri Orta Şərq üzrə məşhur eksperləri hədəfləyib”- Mikrosoft

2024.01.24, 16:05
“İranın hakerləri Orta Şərq üzrə məşhur eksperləri hədəfləyib”- Mikrosoft

Mikrosoft Cəmiyyəti kiber həmlələr barədə yeni hesabatla İran hakimiyyətinə bağlı hakerlərin Orta Şərq üzrə məşhur eksperləri hədəfə aldıqlarını deyib. 

Gunaz.tv

Onlar ABŞ, Britaniya, Belçika, Fransa, İsrail və hətta Qəzzada universitetlər və araşdırma müəssislərini hədəfə alıblar və Tehrana bağlı olduqları güman olunur.

Yerusəlim Poçt qəzetinin yazdığına istinadən bir haker qrupunun alt strukturu olan Nanəli Qum Qasırğası (Mint Sandstorm) hakerləri Balıqtutma (Fishing) planı ilə məlumat toplamaq üçün həmin eksperlərə linklər göndəriblər.

“Balıqtutma” kompüter elmləri sahəsində termin kimi şəxslərin fərdi məlumatlarını, o cümlədən keçid sözlərini faş etməyə məcbur edən maraqdoğurucu formalarda linklərin göndərilməsinə deyilir. 

Qəzet həmçinin qeyd edib ki, “Tehran üçün əhəmmiyyət kəsb edən təhlükəsizlik və siyasi məsələlər üzrə baxışları olan” tədqiqatçılar, universitet müəllimləri 

və “dövlət siyastlərinin təyin edilməsində əmədaşlıq edən və təsir gücünə malik mütəxəssislər” hakerlərin maraq dairəsində olub. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar