SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yüzlərlə kəndin yolu bağlandı

2024.01.25, 14:14
Şərqi Azərbaycanda yüzlərlə kəndin yolu bağlandı

Yanvarın 24-dən başlayaraq güclü qar və çovğun nəticəsində Şərqi Azərbaycan əyalətinin əksər bölgələrində nəqliyyatın hərəkəti çətinləşib, bir sıra yollar tamamilə bağlanıb.

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Orucəli Əlizadə mediaya verdiyi açıqlamada əyalətin 400 kəndinin yolunun bağlandığını deyib.

“Əyalət yollarında nəqliyyatın hərəkəti çətinləşib, Təbriz-Əhər, Marağa-Həştrud yolları, Şibili gədiyi və Kəleybər bölgəsində vəziyyət daha ağırdır”.

Qeyd edək ki, yanvarın 24-də Təbriz və ətraf bölgələrdə də həyat iflic olub, şəhərdə nəqliyyatın hərəkəti dayanıb. Əyalətin yeni valisi Rəhmət Maliki mediaya açıqlamasında şəhərdə yolların bağlı olması məsələsinə görə təbrizlilər qarşısında üzüqara olduqlarını deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar