SON XƏBƏRLƏR

Urmunun "Durnalar yuvası"nda milli şüarlar səsləndirildi

2024.02.01, 16:16
Urmunun "Durnalar yuvası"nda milli şüarlar səsləndirildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin "Şəhrdarı" və Yəzdin "Çadorməluye Ərdəkan" voleybol komandalarının qarşılaşması zamanı milli şüarlar səsləndirilıib.

Gunaz.tv

Şəhərin "Durnalar yuvası" (Qədir) idman kompleksində baş tutan qarşılaşmada "türk dilində mədrəsə, olmalıdır hər kəsə", "Azərbaycan var olsun, istəməyən kor olsun",  və Urmu gölündə baş verən ekoloji fəlakətlə bağlı şüarlar səsləndirilib.

Qeyd edək ki, qarşılaşma Urmu komandasının 3-1 hesablı qələbəsi ilə sona çatıb.

Bununlada 19 görüşdə10 qələbə qazanan Azərbaycan komandası turnir cədvəlinin yeddinci pilləsinə yüksəlib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar