SON XƏBƏRLƏR

Ərdəbil şəhəri Cıral bağının 2 hektarı SEPAH-ın sərəncamına verilib

2024.02.02, 11:47
Ərdəbil şəhəri Cıral bağının 2 hektarı SEPAH-ın sərəncamına verilib

Ərdəbil şəhəri SEPAH-ın Həzrət Abbas adına Bölməsi Cıral bağından 2 hektar ərazi alaraq “Bəsic” Müqavimət Qərargahına və vəzifəlilərin istifadə edəcəyi zala çevriləcək.

Gunaz.tv

Bu barədə Ərdəbil şəhəri İslami Şurasının Hüquqi İşlər Komissiyasının sədri Səfəri bildirib.

Xatırladaq ki, böyük sahəsi olan və sıx ağaclarla dolu Cıral bağı 2015-ci ildə Şəhər Şurası və əyalətin məsul şəxslərinin qərarı ilə milli park statusu alıb. 

Ona görə də  meşəliyi parka çerivə bilmək üçün sağlam  və çoxyaşlı ağaclar Bələdiyyə tərəfindən kəsilməli olub. İndi də “Bəsic” Müqavimət Qərargahının tikilməsi məqsədi ilə 2 hektar ərazidəki ağaclar kəsilməlidir. 

Ərdəbil Əyaləti Ətraf Mühit İdarəsinin baş direktoru Həsən Qasımpur ölkə üzrə standart olaraq adambaşına yaşıllıq həcminin 15 kvm olduğunu, ancaq Ərdəbil Əyalətində bunun 8 kvm təşkil etdiyini deyib. 

Bu halda Cıral bağından 2 hektarın, başqa sözlə 20000 kvadrat metr meşəlik ərazisinin ağaclardan təmizlənməsi Əyalətdə adambaşına düşən yaşıllıq miqdarının daha da azalması ilə nəticələnəcək. 

Bu səbəbdən faktiki olaraq Cıral bağı mili park statusundan düşərək gələcəkdə başqa tikintilərin aparılması təhlükəsi ilə üzləşə bilər. 

Vurğulayaq ki, İranda hazırda 9 milli park mövcuddur. Bu parkların hamsı əsasən farsların məskunlaşdığı İsfahan, Şiraz, Kirman və Yəzd əyalətlərində yerləşir və dövlət tərəfindən qorunur.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar