SON XƏBƏRLƏR

İran sanksiyalardan yayınmaq üçün Britaniya banklarından istifadə edib

2024.02.05, 15:30
İran sanksiyalardan yayınmaq üçün Britaniya banklarından istifadə edib

İran hökuməti kəşfiyyat xidmətlərinin dəstəyi ilə pul köçürmək və sanksiyalardan yayınmaq üçün Böyük Britaniyada yerləşən iki böyük bank olan "Santander Bank" və "Lloyd's Bank"dan istifadə edib.

Gunaz.tv

Bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Nəşr iki bankın sanksiyaya məruz qalmış İran neft-kimya şirkətinə gizli şəkildə Britaniya şirkətlərində hesablar açdıqlarına dair sübutlar olduğunu bildirib.

Məlumatda şirkətlərdən birinin adının Pisco UK və onun sahibi Abdullah Siavaş Fəhimi adlı bir ingilis şəxs olduğu bildirilir.

Qeyd edilib ki, bu şirkət tamamilə İranın Milli Neft-Kimya Sənayesi Şirkətinin nəzarətindədir və Fəhimi müqavilə əsasında onun qəyyumu olub.

Bu qəbildən olan başqa bir şirkət isə "Aria Associates"dir və onun sahibi Məhəmməd Əli Rizal şirkətin daxili elektron poçtlarında pul köçürmələrində neft-kimya şirkətinin adının çəkilməməsini istəyib.

Məlumatda Neft-Kimya Şirkətinin Türkiyənin İSB adlı şirkəti ilə avadanlıqların tədarükü üçün müqavilə imzaladığını göstərən digər sənədlərin də olduğu bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar