SON XƏBƏRLƏR

Hakerlər “Millətin Evi” xəbər agentliyinin saytını qırıblar

2024.02.13, 12:38
Hakerlər “Millətin Evi” xəbər agentliyinin saytını qırıblar

İran İslami Şura Məclisinin “Millətin Evi” xəbər agentliyinin saytı “Çökənədək Üsyan” haker qurpu tərəfindən qırılıb.

Gunaz.tv

Qrup bu barədə məsuliyyəti üzərinə götürməklə İslami Şura Məclisinin 600-dən artıq serverinin istifadə olunmaz vəziyyətə gətirdiyini deyib.

İran mediası məlumat yayaraq “Millətin Evi” xəbər agentliyi saytının qırıldığını təsdiqləyib.  

Məqsədi İran hakimiyyətinin çökdürülməsi olan “Çökənədək Üsyan” qrupunun hakerləri Xalq Mücahidləri Təşkilatına bağlı qrup hesab olunur. 

Qrupun bəyanatında Məclisin əsas serverlərinin, komissiyaların, Məclisin bankının, katibliyin və çox sayda başqa serverlərin qırıldığı, istifadəyə yararsız vəziyyətə gətirildiyi bidirilib.

Məclisin rəsmi xəbər agentliyinin saytının qırılması qarşıdakı məclis seçkiləri ərəfəsində baş tutub. 

Məclisə deputat seçkilərinin mart ayının 1-də keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Xalq Mücahidləri Təşkilatı 1981-ci ildə İran rejiminə qarşı silahlı mübarizə elan edərək əksəriyyəti ruhanilərdən olan xeyli sayda rəsmini terror aktı keçirməklə öldürüb. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar