SON XƏBƏRLƏR

İran rəsmilərinin övladlarının Kanadaya mühacirəti davam edir

2024.02.15, 13:43
İran rəsmilərinin övladlarının Kanadaya mühacirəti davam edir

Kanada hökumətinin İran rəsmiləri və onların yaxınlarına sanksiyalar tətbiq etməsinə baxmayaraq, Tehran hökumətinə bağlı şəxslərin və ailə üzvlərinin kanadaya köçü davam edir.

Gunaz.tv

Bu qəbildən olan mühacirətlərin davamında İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın oğlu İshaq Qalibaf Kanadaya köçür.

"Bundan əvvəl Kanada hökuməti İshaq Qalibafın viza tələbinə mənfi cavab verib. O, vəkil vasitəsilə Kanada dövlətini məhkəməyə verib və Kanada məhkəməsi İran rəsmisinin oğluna viza verilməsi barədə qərar çıxarıb",- Almaniya radiosunun məlumatında bildirilib.

Qeyd edək ki, son vaxtlar Kanadada yaşayan və İran hakimiyyəti ilə əlaqəli olmaqda şübhəli bilinən 141 nəfər barədə tədqiqat başladılıb və 10 yüksək rütbəli iranlı məmurun bu ölkədən çıxarılmasına qərar verilib.

Ölkədən çıxarılmasına qərar verilən şəxslər arasında bundan əvvəl İranda baş verən etiraz aksiyalarının yatırılmasında fəal iştirak edən Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşlarının adı var.

Bu, Kanada müxalifətinin SEPAH-a bağlı şəxslərin casus və müxalif iranlılara təhdid törətmək üçün Kanadadan oturum almaları hallarının artması barədə tənqidi çıxışlarından sonra baş verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar