SON XƏBƏRLƏR

Təbrizin yerli mediası Ana Dili Günü ilə bağlı çağırış etdi

2024.02.21, 10:53
Təbrizin yerli mediası Ana Dili Günü ilə bağlı çağırış etdi

21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı türkcə xəbər və yazılar paylaşaq.

Gunaz.tv

Bu təkliflə Təbrizin "Azərəncümən" nəşri çıxış edib.

Nəşrin bu çağırışı oxucular və internet istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycanlı sosial media istifadəçiləri bunun davamlı olmasını istəyiblər.

Qeyd edək ki, bir neçə gündür Güney Azərbaycan şəhərlərində "Kimlik qalamız, ana dilimiz" adı altında mədəni aksiyalar keçirilir. Mədəni fəallar uşaqlara Azərbaycan dilində kitablar paylayır, ana dilində təhsilin vacibliyi barədə təbliğat aparırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar