SON XƏBƏRLƏR

Əli Xamənei müsəlman xalqlara qəzəbləndi: "Sorğu-sual ediləcəksiz..."

2024.02.23, 14:43
Əli Xamənei müsəlman xalqlara qəzəbləndi: "Sorğu-sual ediləcəksiz..."

İranın rəhbəri Əli Xamənei İsraillə münasibətlərə görə növbəti dəfə müsəlman ölkələrinin xalqlarına və hakimiyyətlərinə qarğış edib.

Gunaz.tv

"Allah müsəlman xalqları öz hökumətlərinə sionist rejimi dəstəkləməyi dayandırmaq üçün təzyiq etmədiklərinə görə sorğu-sual edəcək",- Xamənei deyib.

O, eləcə də islam ölkələri hökumətlərini quranın əmrlərinə tabe olmadıqları üçün Allah qarşısında cavab verməli olacaqlarını söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Əli Xamənei Allahın onun ağzı ilə insanlarla danışdığını, dediklərinin Allahın sözü olduğunu iddia edib.

Xamənei bundan əvvəl də bir neçə dəfə müsəlman ölkələrinin xalqlarına müraciət edib və onları İsraillə diplomatik münasibətləri olan hökumətlərə qarşı çıxmağa çağırıb.

O iğtişaşa çağırışlarına məhəl qoyulmadığı üçün bu dəfə hakimiyyətlərlə yanaşı, müsəlman xalqları da günahlandırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar