SON XƏBƏRLƏR

Müalicə olunmaz xəstəliklər üçün 1.8 trilyon tümən lazımdır

2024.02.26, 16:06
Müalicə olunmaz xəstəliklər üçün 1.8 trilyon tümən lazımdır

İran Nadir Xəstəliklər Fondunun icraçı direktoru Həmidrza İdraki nadir və müalicə olunmaz genetik xəstəliklərə tutulanların müalicə xərclərinə 1.5-1.8 trilyon tümən lazım olduğunu deyib.

Gunaz.tv

Qeye edək ki, İranda 1 dolların bu günə olan məzənnəsi 58 min tümən civarındadır. 

“Ölkədə təzəliklə 442 nadir xəstəliyə tutulma qeyd olunub. Dəri xəstəliyi olan qabıqtökücü və yaxud Epidermolisis Bulosa, SMA, metabolik xəstəliklər, autizm və distrofia ölkədə ən çox tutulan xəstəliklərdir. 

Nadir xəstəliklərin dərmanları idxal olunası dərmanlar sırasındadır. Bu səbəbdən Mərkəzi Bank onların idxalına valyutanı təmin etməlidir. 

Dərmanların baha olduğu səbəbindən onları əldə edə bilmək xəstələr və ailələri üçün çətin bir məsələyə çevrilib. ” -deyə İdraki qeyd edib.

Xatırladaq ki, İran hakimiyyəti dünya da terrorizmə milyarlar tümən xərclədiyi bir halda öz əhalisinin problemlərinin həllinə laqeyd yanaşır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar