SON XƏBƏRLƏR

ABŞ Ədliyyə Nazirliyi İranlı hakerə ittiham aktı çıxarıb

2024.03.01, 11:16
ABŞ Ədliyyə Nazirliyi İranlı hakerə ittiham aktı çıxarıb

Haker ABŞ dövlət qurumlarına, müdafiə üzrə podratçılara və Nyu-Yorkda yerləşən 2 cəmiyyətə qarşı kiber həmlələrin təşkilində ittiham olunub.

Gunaz.tv

Nazirliyin bildirməsinə istinadən bu tip həmlələr Amerikanın çox əhəmmiyyətli olan informasiyaları və həyati infrastrukturlarına təhlükə törədib. 

Kimliyi Əlirza Şəfii Nəsəb olan haker 2016-21-ci illər ərzində SEPAH-la əlaqəli olan “Məhək Rayan Əfzar” Cəmiyyətində ştat işçi kimi fəaliyyət göstərib. 

O, ABŞ-ın onlarla cəmiyyətinə, Maliyyə Nazirliyinə və Dövlət Departamentinə kiber hücum üçün planlar həyata keçirib. 

Fevralın 29-u elan olunmuş ittiham aktına əsasən ittihamlar sübut olunarsa hakerə qarşı kiber fırıldaqlıq üzrə 20 il, internetdə fırıldaqçılıq barədə 20 və şəxslərin kimlik məlumatlarını oğurlamaqla 2 ilədək həbs cəzası çıxarılacaq. 

Xatırladaq ki, ABŞ Dövlət Departamenti bir müddət əvvəl Əlirza Şəfii Nəsəb barədə informasiyaları Amerikanın qurumlarına ötürənlər üçün 10 milyon dollaradək mükafat təyin edib. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar