SON XƏBƏRLƏR

Ərdəbil şəhərində seçkilərdən imtina çağırışı olunub

2024.03.01, 12:01
Ərdəbil şəhərində seçkilərdən imtina çağırışı olunub

Güney Azərbaycanın Ərdəbil şəhərində posterlər yapışdırılmaqla İslami Şura Məclisinə deputat seçkilərindən imtinaya çağrış olunub.

Gunaz.tv

Posterlərdə simvolik olaraq “mənim səsim Azərbaycan” yazılmaqla Azərbaycan milli hərəkatının əsas tələbinin “azadlıq, ədalət, milli hökumət” olduğu qeyd olunub. 

Xatırladaq ki, İran hakimiyyəti Güney Azərbaycana qarşı siyasi, iqtisadi, sosial və mədəni assimilyasiya siyasətləri yürütdüyünə görə aktivistlər Güney Azərbaycnada seçkilərdən imtina etmək qərarına gəliblər. 

Lakin Qərbi Azərbaycan Əyalətində güney azərbaycanlıların əleyhinə və kürdlərin xeyrinə etnik tərkibin dəyişdirilməsi siyasətləri icra olunduğuna görə bu təhlükəli niyyətin qarşısını almaq istiqamətində əyalətin bütün şəhərlərində seçikilərdə iştirak etməyə çağırış olunub.

Qeyd edək ki, İran İslami Şura Məclisinə deputat seçkiləri artıq bu gün mart ayının 1-də başlayıbdır. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar